EN

Argentina milisi Lionel Messisiz bacarmadı: Braziliyadan sensasiya

2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə növbəti oyunları keçirilib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, Boliviya yığması Braziliyanı 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın yeganə qolunu Boliviya millisinin yarımmüdafiəçisi Migel Terseros 45+4-cü dəqiqədə penaltidən vurub.

80-ci dəqiqədə braziliyalı yarımmüdafiəçi Bruno Gimaraeş, 85-ci dəqiqədə isə müdafiəçi Fabrisio Bruno sarı vərəqə ilə cəzalandırılıb.

Braziliya, ümumilikdə 28 xal toplayaraq seçmə mərhələni 5-ci yerdə başa vuraraq birbaşa mundiala vəsiqə qazanıb. Boliviya isə 20 xalla 7-ci yeri tutaraq qitələrarası pley-off mərhələsində oynamaq şansı əldə edib.

Ekvador - Argentina qarşılaşması da 1:0 hesabı ilə başa çatıb. Bu qarşılaşmada da hesab penaltidən açılıb. Qolu 45+13-cü dəqiqədə Enner Valensiya vurub.

31-ci dəqiqədə argentinalı müdafiəçi Nikolas Otamendi qırmızı vərəqə alıb, 50-ci dəqiqədə isə ekvadorlu yarımmüdafiəçi Moyses Kaysedo ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Lionel Messi bu oyunda iştirak etməyib.

Ekvador növbəti matçını oktyabrın 11-də ABŞ-yə qarşı, Argentina isə həmin gün Venesuelaya qarşı keçirəcək.

"Cebheinfo.az" 

Chosen
39
3
cebheinfo.az

7Sources