EN

İlqar Hüseynli: “Bakıda ictimai nəqliyyatın gücü çatmır, şəhər piyadasız məkana çevrilib”

QHT.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Bakı küçələrində piyada hərəkətinin az, avtomobillərin isə çox olduğunu bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın sərnişindaşıma qabiliyyəti yetərli olmadığından insanlar şəxsi avtomobillərə üstünlük verir, nəticədə paytaxtda ciddi sıxlıq yaranır. QHT sədri qeyd edib ki, Nyu-York təcrübəsində olduğu kimi mərkəzi küçələrə avtomobil girişinin məhdudlaşdırılması və ictimai nəqliyyatın səmərəli təşkili Bakıda da tətbiq olunarsa, vəziyyət yaxşılaşa bilər:

"Əhali arasında piyada hərəkətinə maraq azdır, səkilərdə problemlər mövcuddur və sürətli urbanizasiya nəticəsində paytaxt həddindən artıq yüklənib. 2030-cu ilə qədər metro, metrobus, sürət qatarları və yolötürücü layihələr bu sahədə vəziyyəti yaxşılaşdıracaq".

Ekspert həmçinin universitetlərin və dövlət qurumlarının kənar ərazilərə köçürülməsi, regionlarda iş yerlərinin açılması və Qarabağa qayıdışın tam icrasının avtomobilsiz Bakı üçün vacib addımlar olduğunu deyib.

 

Pərvanə Fərhadqızı

Chosen
91
qht.az

1Sources