EN

Banqladeşdən olan ekspert AQEM maliyyələşdirilmə mexanizminin yaradılmasının vacibliyini vurğulayıb

Bakı. Trend:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə(AQEM) üçün maliyyələşdirmə mexanizmlərinin yaradılmasıvacibdir.

Trend xəbər verirki, bunu Banqladeşin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutununböyük elmi işçisi Məhəmməd Aşiq Rəhman (Mohammad Ashique Rahman)“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusionaltransformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altındakeçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasındaçıxışı zamanı deyib.

“AQEM hələ 2004-cü ildə, yaradılmasından beş il sonra etimadınmöhkəmləndirilməsi və əsas prioritet istiqamətləri müəyyənləşdirdi.Bu istiqamətlər bu gün də mövcuddur, lakin onların uğurla həyatakeçirilməsi üçün təşkilat innovativ yanaşma nümayiş etdirməlidir,çünki bu, onun fəaliyyətinin əsas sahəsidir. Bunun üçün AQEM-əaydın struktur və kifayət qədər resurs lazımdır. Maliyyələşdirməproblem olaraq qalır, buna görə də təşkilatı öz qarşısında duranvəzifələri icra etmək üçün zəruri vəsaitlə təmin edəcək mexanizmlərvə struktur yaratmaq vacibdir”, - deyə o bildirib.

Ekspertin sözlərinə görə, həmçinin, AQEM regional təşkilat kimigənclərin potensialından maksimum dərəcədə istifadə etməlidir.Gənclər təşkilatın proseslərinə cəlb olunmalıdır. Bir çox üzvdövlətlərdə gənclərin payı əhəmiyyətlidir və bu qrupu üzvdövlətlərin potensialının artırılması üçün resursa çevirməkvacibdir.

“Bundan əlavə, analitik mərkəzlər forumu üçün daha səmərəli işplanı vacibdir. AQEM-ə üzv ölkələrin analitik mərkəzləri daha fəalşəkildə tədqiqatla məşğul olmalıdır”, - deyə Məhəmməd Aşiq Rəhmanvurğulayıb.

Məqalədə:
Chosen
30
az.trend.az

1Sources