ABŞ Hərbi Departamenti 2026-cı ildə Amerika qoşunlarının Avropadakı döyüş hazırlığı üçün ayrılan maliyyəni 2023-cü il büdcəsi ilə müqayisədə təxminən 15 dəfə azaltmaq istəyir.
Publika.az xəbər verir ki, Amerika anbarlarının təminat sənədlərinə əsasən, Avropada olan qüvvələrin maliyyələşdirilməsi üçün ayrılan vəsait dörd ildir azalır.
Xüsusilə, 2023-cü ildə ABŞ bu proqrama 495 milyon dollar, 2024-cü ildə demək olar ki, yarısı qədər - 251,7 milyon dollar ayırıb. 2025-ci ildə büdcə 116,9 milyon dollar, 2026-cı ildə isə cəmi 33,4 milyon dollar olub.
Gələn il üçün büdcə layihəsində deyilir ki, maliyyənin kəsilməsi Pentaqonun rəhbəri Pet Heqsetin Orduya köhnə proqramları aradan qaldırmağa və yüksək texnologiyalı layihələrə üstünlük verməyə yönəltdiyi memorandumla əlaqədardır.