EN

Santuş gedərkən son sözləri bu oldu - Kapitan açıqladı

BAKI, 10 sentyabr. TELEQRAF

“Fernandu Santuş gedərkən bizimlə sağollaşdı. Hamıya təşəkkürünü bildirdi. Dedi ki, çalışdım maksimum əlimdən gələni edim, amma alınmadı. Yenə də pis heç bir söz demədi”.
Teleqraf xəbər verir ki, bu sözləri milli komandanın kapitanı Emin Mahmudov Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə istefaya göndərilənn portuqaliyalı baş məşqçi Fernandu Santuş barədə çox danışmaq istəməyib: “Əslində heç vaxt gedən məçqçilərə hörmətsizlik etmək istəmirəm. Santuş da çalışdı, maksimum nəsə etmək istədi, amma alınmadı”.
Mahmudov yığmada yerli mütəxəssisin işləməsinin onlar üçün daha asan olduğunu qeyd edib: “Rəhbərlik hansı qərarı versə, hörmətlə yanaşacağıq. Əsas odur, milliyə xeyir versin. Əlbəttə, Ayxan müəllimlə bir gün də olsa, işləmək bizə rahat oldu. Bizi inandırdı ki, biz bir yerdə olsaq, minimum nəticə çıxara bilərik. Bizə inam gətirdi. Onu yaxşı tanıyırıq. Yerli məşqçi olanda bəzi şeylər bizə daha rahat olur. Mən qərar verən adam deyiləm. Amma Ayxan Abbasov qalsa, çox sevinərəm. Başqa məşqçi gəlsə, bilmirəm necə olacaq. Yenə də əsas odur, yığmaya xeyir versin”.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Ukrayna matçı 1:1 hesablı heç-heçə ilə bitib. Emin Mahmudov millidə 15-ci qolunu vurmaqla 21 ildən sonra yığmanın bombardiri adına yiyələnib. Yığma qrupdakı ilk oyununda İslandiyaya 0:5 hesabı ilə uduzub.

Chosen
4
6
teleqraf.com

7Sources