EN

Nepal Ordusu ümumi komendant saatını uzadıb

Ölkəyə nəzarəti ələ keçirən Nepal ordusu ümummilli komendant saatını çərşənbə axşamına qədər uzadıb.

Doğru.az xəbər verir ki, bu barədə “Khabarhub” portalı məlumat yayıb.

Portal ordunun açıqlamasına istinadən bildirir:

“Nepal Ordusu 11 sentyabr Çərşənbə günü saat 17:00-a qədər ümummilli komendant saatı elan etdi, sonradan bu saat cümə axşamı səhər saat 6:00-a qədər uzadıldı”.

Qərar ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul olunub. Xatırladaq ki, daha əvvəl Nepal ordusu davam edən iğtişaşlar səbəbindən qoşun yeridib.

DOĞRU.AZ

Chosen
52
1
dogru.az

2Sources