EN

Professor Xəzərdə suyun səviyyəsinin azalmasına qarşı ölkələri birlikdə mübarizəyə çağırıb

Bakı. Trend:

Xəzərdə suyun səviyyəsinin azalmasına qarşı dünya ölkələribirlikdə mübarizə aparmalıdırlar.

Bunu Nevada Universitetinin professoru David Kreamer bu günBakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışmərasimi çərçivəsində Trend-ə açıqlamasında deyib.

O əvvəlcə konfransla bağlı təəssüratlarını bölüşüb: "Konfransçox yaxşı təşkil olunub. Burada olmaqdan çox məmnunam. Buradamüzakirə olunacaq bütün mövzular çox maraqlıdır".

Professor daha sonra Xəzər və Urmiya gölündə susuzlaşmaya qarşımübarizə üsullarından da bəhs edib: "Urmiya gölü, demək olar ki,tam quruyub. Həmçinin Xəzər dənizinin də suyu müəyyən dərəcədə geriçəkilib. Bu problemlə bütün ölkələr birlikdə işləməlidirlər. Bu,təkcə yerüstü sulara deyil, həm də yeraltı sulara aiddir.
Mən deyərdim ki, gələcəkdə elm və texnologiya bu sahədə mühüm roloynayacaq. Elm və texnologiyanın edə biləcəyi çox şey var. Dünyanınbir çox yerlərində suları qoruma üsulları tətbiq olunub. Suitkisini azaltmaq, səmərəli istifadə olunmayan suları qorumaqmümkündür. Bununla yanaşı, çirkab sularının təmizlənməsi, suyuntəkrar istifadəsi və dəniz suyunun duzsuzlaşdırılması kimiüsullarla su ehtiyatlarını artırmaq olar. Məncə, gələcək üçün buhəll yolları çox vacibdir".

"Nəhayət, onu da qeyd edim ki, suyun böyük hissəsi kəndtəsərrüfatında istifadə olunur.

Bəzi hallarda damcılı suvarma və suya qənaət edən üsullar bahabaşa gəlir, amma düşünürəm ki, gələcəkdə kənd təsərrüfatında dahaçox suya qənaət tədbirləri tətbiq ediləcək", - deyə David Kreamervurğulayıb.

Chosen
59
az.trend.az

1Sources