EN

Gələn il Bakıda AQEM-in Nizamnaməsi imzalanacaq

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin (AQEM) Nizamnaməsi gələn il Bakıda imzalanacaq.

Ölkə.az xəbər verir ki, bu barədə AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında bildirib.

O, AQEM-in vahid Nizamnaməsi üzərində işin hələ Qazaxıstanın sədrliyi dövründə başlandığını, Katibliyin digər beynəlxalq təşkilatların nizamnamələrinin müqayisəli təhlilini apardığını xatırladıb.

Chosen
8
2
olke.az

3Sources