EN

Azərbaycan və Gürcüstanın baş prokurorları arasında görüş keçirildi

TBİLİSİ, 10 sentyabr. TELEQRAF

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze və Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı çərçivəsində görüş keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Görüşdə iki ölkənin səlahiyyətli qurumları arasında cinayət ədliyyəsi sahəsində səmərəli tərəfdaşlıq vurğulanıb və əməkdaşlığın konkret istiqamətləri müzakirə olunub.

Tərəflər gələcək əməkdaşlığı gücləndirmək üçün ikitərəfli işgüzar görüşlərin təşkili və cinayət ədliyyəsi sahəsində ikitərəfli sazişin bağlanması barədə razılığa da gəliblər. Baş prokurorlar gələcəkdə də səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bir daha ifadə ediblər.

Chosen
28
2
teleqraf.com

3Sources