EN

Zelenski: Rusiya NATO-nun hava məkanına daxil olub

BAKI, 10 sentyabr. TELEQRAF

Rusiyaya məxsus ən azı 8 "Şahed" pilotsuz uşuş aparatları (PUA) Polşanın, yəni NATO-nun hava məkanına daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, bu, açıq eskalasiya addımıdır.

"Rusiyanın Ukraynaya son kütləvi hücumu zamanı müxtəlif növ ümumilikdə 415 PUA, həmçinin 40-dan çox qanadlı və ballistik raketdən istifadə olunub. Hücum nəticəsində Ukraynanın 15 vilayəti zərbə altında qalıb", -Volodimir Zelenski qeyd edib.

Chosen
50
2
teleqraf.com

3Sources