EN

Polşada dron yaşayış evinə ziyan vurub — Polsat News

 Polşanın Lublin voyevodalığının Vıryki qəsəbəsində dron qalıqları yaşayış evinə düşüb.

Musavat.com xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Məlumata görə, insident nəticəsində evin dam örtüyü və bir avtomobil zədələnib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd olunur ki, Polşa hələlik rəsmi olaraq həmin dronların Rusiyaya məxsus olduğunu təsdiqləməyib.

Musavat.com

Chosen
35
1
musavat.com

2Sources