EN

Hikmət Hacıyev ABŞ-da senator və konqresmenlə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mast ilə görüşüb.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, tərəflər Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini və onun Azərbaycan–ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.

Chosen
17
21
moderator.az

10Sources