EN

Restorana gedən Tramp etirazla qarşılandı: Görün qadınlar ona nə dedilər

ABŞ prezidenti Tramp Vaşinqtonun daha təhlükəsiz olduğunu göstərmək üçün axşam yeməyi üçün restorana gedib.

Publika.az xəbər verir ki, vitse-prezident Ceyms Devid Vens və bəzi kabinet üzvlərinin şam yeməyinə getdiyi restorana daxil olarkən Tramp müharibə əleyhdarı olan “CodePink” qadın qeyri-hökumət təşkilatının üzvlərinin etirazı ilə qarşılaşıb.

“CodePink”in qadın üzvləri Trampa “Fələstinə azadlıq, Vaşinqtona azadlıq” deyə səslənərək Qəzzada insanların aclıqdan öldüyünü göstərən şüarlar səsləndiriblər.

“Tramp bu günün Hitleridir” kimi şüarlar səsləndirən qadınları qısa müddətə izləyən ABŞ prezidenti nümayişçilərin çıxarılması əmrini verib.

Chosen
2
publika.az

1Sources