EN

Rusiya 11 sentyabrdan qanunsuz miqrantların ölkədən çıxarılmasına başlayır - ÖZƏL

Rusiya ərazisində qanuni əsaslarını itirmiş xarici vətəndaşlar 10 sentyabr tarixinədək öz statuslarını leqallaşdırmaq imkanı əldə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Məlumata görə, 10 sentyabrda prezident fərmanının müddəti başa çatır. Həmin fərman miqrantlara ölkədə qalmaq üçün hüquqi statuslarını nizamlamağa şərait yaradırdı. Nazirlik bildirib ki, 11 sentyabrdan etibarən qanunsuz yaşayan əcnəbilər ölkədən çıxarılacaq və onlara qarşı qanunvericiliyin nəzərdə tutduğu məhdudiyyətlər tətbiq ediləcək. Bu məhdudiyyətlər gələcəkdə Rusiyaya giriş qadağasını da əhatə edir. DİN-in açıqlamasına görə, qaydalar Ukrayna vətəndaşlarına da şamil olunacaq. Onlar daimi qeydiyyatları olduqda yaşayış icazəsi və ya Rusiya vətəndaşlığı almaq üçün sənəd təqdim edə bilərlər. Sentyabrın 11-dən sonra qanunsuz miqrantlara nikah bağlamaq, boşanmaq, uşaqlarını bağça və məktəblərə yerləşdirmək, nəqliyyat vasitəsi idarə etmək və gündəlik həyatda lazım olan digər xidmətlərdən istifadə etmək qadağan olunacaq. Qeyd edilib ki, statusunu nizamlamaq istəyən əcnəbilər yaşayış yeri üzrə pasport-viza mərkəzinə və ya DİN-in miqrasiya məsələləri üzrə bölmələrinə müraciət edə bilərlər. Moskvada isə bu xidmətlər Mərkəzi MMC "Saxarovo" vasitəsilə göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
10
olaylar.az

10Sources