EN

Rusiya PUA-ları Polşa ərazisinə keçib, qırıcılar havaya qaldırılıb –Hava limanları bağlanıb

Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib.

“Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır”, – bəyanatda deyilir.

O da bildirilib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.

Qeyd edək ki, səhər saat 5:40-da Çosnovkada polis zədələnmiş pilotsuz uçan aparatının aşkar edildiyini təsdiqləyib.

Qeyd edək ki, Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.

AzPost.az

Chosen
46
3
azpost.info

5Sources