ain.az bildirir, Metbuat portalına istinadən.
Polşa pilotsuz təyyarələri vurmaq üçün özünün və NATO-nun hava hücumundan müdafiə sistemlərindən istifadə edib.
Metbuat.az xəbər verir ki, bu barədə Polşa hərbi komandanlığı məlumat yayıb.
Bu, Rusiya-Ukrayna münaqişəsi zamanı ilk dəfədir ki, Varşava öz hava məkanında hava hücumundan müdafiə sistemlərindən istifadə edir. Komandanlığa görə, radarlar 10-dan çox obyekti qeydə alıb və təhlükə yarada bilən obyektlər “zərərsizləşdirilib”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.