EN

Polşa Baş naziri hava məkanının pozulması ilə əlaqədar iclaskeçirir

Polşanın Baş naziri Donald Task dövlət təhlükəsizliyinə cavabdeh olan nazirlərlə görüş keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Adam Szlapka “X” platformasında yazıb.

Prezident Karol Navrotski isə bildirib ki, Polşanın hava məkanının pozulması halı baş verəndən bəri milli müdafiə naziri və Polşa Silahlı Qüvvələrinin ən mühüm komandirləri ilə daimi əlaqə saxlayır.

"Vətənimizin təhlükəsizliyi bizim ən yüksək prioritetimizdir və sıx əməkdaşlıq tələb edir", - o vurğulayıb.

Chosen
9
7
redaktor.az

8Sources