EN

OpenAI Koreya Respublikasında regional ofis açıb

Bakı. Trend:

ChatGPT chatbotunun yaradıcısı olan Amerikanın OpenAI şirkətiKoreya Respublikasında regional ofis açıb.

Trend xəbər verirki, bu barədə şirkət məlumat yayıb.

Yeni nümayəndəlik OpenAI-nin Asiyada Sinqapur və Yaponiyadansonra üçüncü, dünyada isə 12-ci ofisi olub.

Şirkətin baş strategiya direktoru Ceyson Kvon Seulda keçirilənmətbuat konfransında bildirib: “Koreya Respublikası uzun müddətdirki, texnoloji güc mərkəzi hesab olunur. Qabaqcıl infrastruktur,innovativ şirkətlər və yeniliklərə açıq cəmiyyət ölkəni süniintellekt üçün ideal mərkəzə çevirir”.

Onun sözlərinə görə, Cənubi Koreyada həftəlik ChatGPTistifadəçilərinin sayı son bir ildə dörd dəfə artıb. Ölkə pulluabunəçilərin sayına görə Asiya-Sakit Okean regionunda birinciyerdədir. Bundan başqa, koreyalı tərtibatçılar OpenAI-nin proqramxidmətlərindən ən çox istifadə edən ilk on ölkə arasında yeralır.

Chosen
44
1
az.trend.az

2Sources