EN

Yaponiya Rusiyadakı altı mərkəzini BAĞLAYIR

Tokio Rusiyadakı “Yaponiya Mərkəzi”nin bütün altı filialını bağlamaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, məlumatı Kyodo agentliyi yayıb.

Bildirilir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında məlumatı təsdiqləyib.

ANO "Yapon Mərkəzi" (tam adı - "Yaponiya Ticarət və İqtisadi Münasibətlərin İnkişafı Mərkəzi") hökumətlərarası memoranduma uyğun olaraq 2000-ci ildə yaradılmış muxtar qeyri-kommersiya təşkilatıdır. Təşkilat, xüsusilə yapon dilini öyrənmək imkanı verir. Filiallardan biri M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin ərazisində fəaliyyət göstərir.

Musavat.com

Chosen
33
17
musavat.com

10Sources