EN

Rusiyanın neft qaz gəlirləri xeyli azalıb

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-avqust ayları ərzində Rusiya büdcəsinin neft və qaz gəlirləri 20,2% azalaraq 6,03 trilyon rubl (təqribən 124 milyard manat - red.) təşkil edib.

Oxu.Az bu barədə Rusiya Maliyyə Nazirliyinin saytına istinadla xəbər verir.

Nazirlik buna əsas səbəb kimi neftin orta qiymətinin aşağı düşməsini göstərir:

"Buna baxmayaraq, neft və qaz gəlirləri baza səviyyəsini keçib, lakin qiymət konyukturasının zəifləməsi səbəbindən daha da azalma riskləri var".

Eyni dövrdə federal büdcənin qeyri-neft və qaz gəlirləri 14,3% artaraq 17,7 trilyon rubl (təqribən 364 milyard manat - red.) təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
2
oxu.az

3Sources