EN

"Tesla"dan son səkkiz ilin ən pis göstəricisi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tesla"nın ABŞ bazarındakı payı səkkiz ilin minimumuna düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Cox Automotive" tədqiqat şirkətinin təqdim etdiyi məlumatda bildirilib.
Qeyd olunur ki, alıcılar "Tesla" modelləri əvəzinə rəqiblərinin elektrikli avtomobillərinə üstünlük verirlər.
Bir vaxtlar ABŞ elektromobil bazarının 80%-dən çoxuna sahib olan "Tesla"nın satışları avqust ayında ölkə üzrə elektrikli avtomobil satışlarının 38%-ni təşkil edib.
Məlumata görə, hələlik "Tesla"nın ən son yeni modeli 2023-cü ildə təqdim edilən "Cybertruck" pikapıdır.
Chosen
34
2
oxu.az

3Sources