EN

Xəlif əl-Hayya sağdır, Qətərdə müalicə olunur

“Hizbullah”a yaxın Livan jurnalistləri HƏMAS lideri Xəlif əl-Hayyanın xəstəxana palatasında çəkilən fotolarını yayıb, onun sağ olduğunu bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli mənbələr də məlumatı təsdiqləyərək Hayyanın yaralandığını və Qətərdəki xəstəxanada müalicə aldığını açıqlayıb.

Bununla yanaşı, İsrail sosial şəbəkə istifadəçiləri fotonun köhnə olduğunu və ilk dəfə 2021-ci ilin sentyabrında yayımlandığını iddia edir. İsrail rəsmiləri hələlik şərh verməyib.

N.Təbrizli

Chosen
41
anews.az

1Sources