EN

Nepalda hökumət sarayı tamamilə məhv oldu

Nepalda "Sheetal Niwas" hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.

Axar.az xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.

Məlumata görə, yanğınsöndürmə briqadaları hadisə yerinə belə gəlməyiblər.

"Sheetal Niwas" Asiyanın ən böyük saraylarından biri hesab olunur.

Qeyd edək ki, Nepalda hökumətin Feysbuk, X və Yutub daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
9
olaylar.az

10Sources