EN

“O təmiz məhəbbət bir daha olmayacaq” -FOTO

Əməkdar artist Bəhram Bağırzadə anası ilə bağlı paylaşım edib.

Redaktor.az axşam.az-a istinadla xəbər verir ki, aktyor paylaşımına bunları yazıb:

"Ananı itirəndə, səni hamıdan çox sevən insanı itirirsən. Səni sözsüz anlayan, həmişə bağışlayan, bir baxışı ilə qorxularını dağıdanı. Ananı itirəndə, soyuqda geyinməyini xatırladan olmayacaq. Hər iki saatdan bir zəng edib “Necəsən?” deyən olmayacaq. Pis günlərinə eyni məhəbbət və səbrlə dözən olmayacaq. Hər bayram, hər qələbə artıq başqa dad verəcək. Çünki sən onları ananla bölüşmək istəyəcəksən, amma onun yeri boş qalacaq. Bəli, ətrafında insanlar olacaq. Bəli, səni yenə sevəcəklər. Amma o təmiz və şərtsiz məhəbbət bir daha olmayacaq".

Chosen
40
3
redaktor.az

4Sources