EN

Əhməd əş-Şaraa Rusiya rəsmilərini qəbul edib

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa baş nazirin müavini Aleksandr Novakın rəhbərlik etdiyi Rusiya nümayəndə heyətini qəbul edib.

Musavat.com xəbər verir ki, məlumatı Suriyanın SANA agentliyi yayıb.

Görüş Dəməşqdəki Xalq Sarayında baş tutub.

Novakın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 9-da Suriyaya səfər edib. Onun tərkibinə tikinti və mənzil-kommunal təsərrüfatı naziri, eyni zamanda Rusiya-Suriya hökumətlərarası komissiyasının həmsədri İrek Fayzullin,  Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, müdafiə nazirinin müavini Yunusbəy Yevkurov, xarici işlər nazirinin müavini Sergey Verşinin, eləcə də nazir müavinləri səviyyəsində digər idarələrin nümayəndələri daxildir.

 

Musavat.com

 

Chosen
29
7
musavat.com

8Sources