EN

"1 xalı da yaxşı nəticə hesab edirik” - Elnur Çodarov

21 yaşadək futbolçulardan ibarət millimizin məşqçisi Elnur Çodarov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Bolqarıstan yığması ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o deyib:
“Oyunu yüksək qiymətləndirirəm. Matça yaxşı hazırlaşmışdıq, məşqlərdə verilən tapşırıqları futbolçular maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Oyunçularımız sona qədər döyüşdülər. Düzdü, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Ancaq qazanılan 1 xalı da yaxşı nəticə hesab edirik”.
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.
Chosen
65
5
football-plus.az

7Sources