“Arsenal”ın hücumçusu Qabriel Martinelli klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu bu barədə jurnalistlərə açıqlama verib.
“Əgər imkanım olarsa, burada bütün ömrümü keçirmək istəyirəm. Bu möhtəşəm ailə və komandamla zirvələri fəth etmək istəyirəm”.
Qeyd edək ki, Martinelli 2019-cu ildə “Arsenal”a transfer olunub. Bu mövsüm 24 yaşlı hücumçu Premyer Liqada iki oyunda iştirak edib, lakin məhsuldar hər hansı hərəkət göstərməyib. Futbolçunun mövcud müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Transfermarkt portalı Martinellinin bazar qiymətini 55 milyon avro qiymətləndirir.