EN

Kallas Rusiyaya çağırış etdi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiyaya çağırış edib. Metbuat.az Kallas Avropa Parlamentinin Ukraynaya həsr olunmuş Plenar iclasındakı çıxışında Rusiyanın danışıqlar masasına dəvət edib. Onun sözlərinə görə, Moskva müharibəni dayandırıb, danışıqlar masasına oturmalıdır. Kallas bildirib ki, Rusiya Prezidenti Vladimir Putin sülhdə maraqlı deyil və məcburiyyət qarşısında qalmadıqca müharibəni dayandırmayacaq. O, Qərbin Ukrayna üçün təhlükəsizlik təminatları məsələsində həmrəy olduğunu vurğulayıb.

Kallas, AB və üzv ölkələrin müharibənin başlanğıcından bəri Ukraynaya təxminən 169 milyard avro maliyyə dəstəyi, o cümlədən 63 milyard avrodan çox hərbi dəstək verdiyini qeyd edib.

Chosen
82
metbuat.az

1Sources