EN

Makron ölkəsinə yeni BAŞ NAZİR təyin etdi

Fransanın yeni baş naziri ölkənin Silahlı Qüvvələr Naziri Sebastyen Lekornu təyin edilib.

Bizim.Media xəbər verir ki bu barədə LCI telekanalı məlumat verib.

Məlumata görə, bununla bağlı Fransa prezidenti Emmanuel Makron sərəncam imzalayıb.

Qeyd edək ki, Fransa parlamenti sabiq Baş nazir Fransua Bayruya etimadsızlıq səsverməsi keçirib. Etimadsızlığın lehinə 364 səs, hökumət başçısının dəstəyi üçün isə 194 səs verilib. Ümumilikdə səsvermədə 573 deputat iştirak edib.

Bizim.Media

Chosen
41
bizim.media

1Sources