EN

Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrılıb

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Qeyd olunub ki, vəsait hesabına Ukrayna Silahlı Qüvvələri vacib hərbi texnika tədarük edəcək.

Bildirilib ki, Ukrayna Beynəlxalq Fondu (IFU) artıq Kiyevə mindən çox hava hücumundan müdafiə sistemi, 600-dən çox pilotsuz uçuş aparatı, elektron müharibə sistemləri və hava hücumundan müdafiə radar stansiyaları təqdim edib. Yaxın həftələrdə yeni tədarüklər gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
5
baku.ws

6Sources