EN

Avropa ölkələrindən İsrailin Qətərə hücumu haqda ard arda Açqlamalar

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa ölkələri İsrailin bu gün Qətərdə HƏMAS qruplaşmasının Qəzza üzrə heyətinə hava hücumu barədə ard-arda açıqlamar veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu hücmu qəbuledilməz sayıb: "İsrailin bu gün Qətərə hücumları əsaslandırmadan asılı olmayaraq qəbuledilməzdir"

Makron Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və ölkəsi ilə həmrəy olduğunu ifadə edib və deyib: "Müharibə bölgədə heç bir şəkildə yayılmamalıdır"

İrlandiyanın baş naziri Maykl Martin də bu hücumdan narahatlığını gizlətməyib: "Bu hücum kövrək bölgədə sabitliyi daha da pozur və Qəzzada atəşkəsi mümkünsüz hala gətirir. Bu, eskalasiyanın qarşısını almaq və dərhal atəşkəs və qalan girovların azad edilməsi üçün təsir gücünə malik olan hər kəsin əlində olan bütün vasitələrdən istifadə etməli olduğu bir dövrdür. İsrailin hərəkəti isə bizi yalnız atəşkəsdən və davamlı sülhdən uzaqlaşdıracaq".

Norveçin xarici işlər naziri Espen Barth Eide İsrailin Qətərə hücumunu pisləyib: "Bu, beynəlxalq hüququn çox ciddi şəkildə pozulmasıdır"

Xatırladaq ki, İsrail döyüş təyyarələri Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək rütbəli rəsmilərinin görüşdüyü binaya hava zərbəsi endirib.

"Əl-Cəzirə"yə danışan anonim mənbə bildirib ki, Həmas rəsmiləri sui-qəsddən xilas olublar.

İsrail mediası HƏMAS-ın yüksək rütbəli lideri Xəlil əl-Həyyah da daxil olmaqla altı Həmas rəsmisinin hücumda həlak olduğunu yazır.

HƏMAS isə ölən olmadığını, lakin yaralıların olduğunu iddia edib.

Samir Musayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
50
mia.az

10Sources