EN

Zelenski: "Putin Trampa Donbası 3-4 aya tutacağını deyib"

"Rusiya Prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Rusiyanın Donbası almaq üçün 3-4 ay vaxt tələb olunacağını söyləyib".

Oxu.Az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "ABC News" telekanalına müsahibəsində deyib.

"Yəni o, amerikalılara, Ağ Evə və Trampın nümayəndəsi Uitkoffa deyir ki, Donbası iki-üç aydan, maksimum dörd aydan sonra tutacaq", - deyə Zelenski bildirib.

Ukrayna lideri Donbası "ən döyüş qabiliyyətli qüvvələrin olduğu çox möhkəmləndirilmiş hissə" adlandırıb:

Chosen
49
3
demokrat.az

4Sources