EN

DÇ-2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç-heçə edib

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.

Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.

Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Chosen
24
7
xalqqazeti.az

10Sources