HƏMAS-ın danışıqlar qrupuna hücum İsrailin müharibəni davam etdirmək niyyətinin sübutudur.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in İsrailin Qətərin paytaxtında HƏMAS Siyasi Şura üzvlərinə hücumu haqda bəyanatında bildirilib.
Bəyanatda Qətərin suverenliyinə və təhlükəsizliyinə zidd olan bu hücum kəskin şəkildə pislənilib.