EN

"Mareskanın etimadını doğrultmağa çalışıram"

“Çelsi”nin hücumçusu Estevao Villan İngiltərədəki çıxışı barədə danışıb.

90deqiqe.Az-ın “Globo Esporte”yə istinadən yaydığı məlumata görə, Braziliya klubu “Palmeiras”dan 34 milyon avroya transfer olunan oyunçu ilk mövsümündə komanda daxilində gözlədiyindən daha çox imkan qazandığını bildirib.

“Çelsidə mənim üçün gözlədiyimdən daha çox şans var. Bu, məşqlərdə göstərdiyim işin nəticəsidir. Mareska mənə böyük etimad göstərir və mən də bunu meydanda doğrultmağa çalışıram”

Mövsüm ərzində “Çelsi”nin heyətində üç Premyer Liqa oyununda iştirak edən 18 yaşlı hücumçu bir məhsuldar ötürmə edib və iki dəfə start heyətində meydana çıxıb.

Chosen
97
90deqiqe.az

1Sources