EN

Domeniko Tedesko - “Fənərbağça”nın yeni baş məşqçisi!

Bu ilin əvvəlində Belçika yığmasından ayrılmış italyan-alman mütəxəssis Domeniko Tedesko “Fənərbağça”nın baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

“Sarı-lacıvərdlilər” Tedesko ilə 2 illik müqavilə imzalandığını açıqlayıblar. Artıq 40 yaşlı mütəxəssisin köməkçilərindən də biri məlumdur. Bu, uzun illər Türkiyə yığmasının və “Fənərbağça”nın formasını geyinmiş Gökan Gönüldür.

Tedesko yeni komandasında Joze Mourinyonu əvəz edib. Hansı ki, portuqal mütəxəssis komandanın yeni mövsümə uğursuz startından sonra bir neçə gün əvvəl istefaya göndərilmişdi.

Xatırladaq ki, Domeniko Tedesko Belçika yığmasındakı vəzifəsindən bu ilin yanvar ayında kənarlaşdırılmışdı. O, 2023-cü ilin fevral ayından Belçika yığmasına rəhbərlik edirdi. 39 yaşlı mütəxəssisin bu komanda ilə 2026-cı ilin iyul ayına kimi müqaviləsi var idi.

Tedesko Belçika millisinin “sükanı arxasında” 24 oyun keçirib. Komanda onun rəhbrliyi altında 12 qələbə qazanıb, 6 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Leypsiq”, “Şalke” və “Ersgebirge”ni də çalışdırıb.

error: Məzmun qorunur!
Chosen
29
4
arena.az

10Sources