EN

Vaşinqton razılaşması bölgədə sülhə və tərəqqiyə etibarlı zəmanətdir

Vaşinqtonda əldə edilən razılaşmalar,imzalanan sənədlər, Amerika Azərbaycan münasibətlərinin yüksək səviyyəyə qalxmasıcənab Prezident İlham Əliyevin böyükdiplomatik uğuru, növbəti qələbəsidir.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın döyüş meydanında tarixi qələbəsi idisə, Vaşinqtonda Sülh müqaviləsinin paraflanması və əldə edilən razılaşmalar cənab prezidentin danışıqlar masasında tarixi zəfəridir.
Vaşinqtonda əldə edilmiş razılaşmalar göstərir ki,bölgədə yeni bir mərhələ başlayır. Davamlı sülh, əməkdaşlıq, etimad mühitinin yaranması və tərəqqi mərhələsi. Bu mərhələnin memarı da cənab prezident İlham Əliyevdir.

- Azərbaycan ABŞmünasibətləri heç vaxt indiki kimi yüksək səviyyədə olmamışdır. ABŞ- ın 907- ci düzəlişin tətbiqini dayandırması barədə qərar qəbul etməsi, Strateji tərəfdaşlıqbarədə işçi qrupunun yaranmasıcənab Prezidentin şəxsi nüfuzunun, siyasi ustalığının və diplomatik müdrikliyinin bir nümunəsidir.
-ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə " Siz böyük lidersiniz, xalqınız böyük xalqdır"-, deyərək müraciət etməsi,Ağ Evin açarını təqdim etməsi, ölkəmiz haqqında xoş sözlər söyləməsi hər bir azərbaycanlıda qürur doğuran məqamlardır.
- Vaşinqton müzakirələrinin ən mühüm nəticələrindən biri də ölkənin əsas ərazisindənNaxçıvana birbaşakommunikasiyaların açılması ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu vacib və faydalı layihənin müəllifi və təşəbbüskarı da cənab prezident İlham Əliyevdir.

Bu yola biz Zəngəzur dəhlizi deyirik, , Ermənistanda Sülh kəsişməsi, ABŞ- adminstrasiyasında isə Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu adlandırırlar. Amma əsas olan termin deyil, görülən işin mahiyyətidir.
Əsas odur ki, kommunikasiyalar, o cümlədən, Zəngəzur üzərindən Naxçıvana gedən yol bərpa ediləcək, Azərbaycan vətəndaşlarının maneəsiz gediş- gəlişi təmin ediləcəkdir. Əsas odur ki, "Bir kəmər, bir yol" layihəsinin yeni bir şaxəsi işə düşıcək, Asiyadan Avropaya və əksinə ən qısa yolla malların və sərnişinlərin daşınması bölgə dövlətlərinə böyük məbləğdə iqtisadi dividentlər gətirəcək.

Əsas odur ki, Türk Dövlətləri Birliyinin tarixi coğrafi bağlantısı bərpa ediləcəkdir.

- Bəlkə də bir neçə il bundan əvvəl belə bir layihənin reallaşması qeyri- mümkün görünürdü, indi isə reallığn bir addımlığındayıq. Məhz bu reallığı cənab prezident İlham Əliyev, onun diplomayik məharəti, müdrik və cəsarətli siyasəti yaratməşdır.
- Vaşinqtonda aparılan müzakirələrin ən mühhüm nəticələrindən biri də ATƏT- n Minsk qrupunun fəaliyyətinə xitam verilməsidir.

Vaşinqton görüşləri bir daha dünyaya bəyan etdi ki, Azərbbaycan prezidenti sülh tərəfdarıdır, ədalətli sülhün, əməkdaşlığın və bölgədə barışın təşəbbüskarıdır.

Chosen
15
aznews.az

1Sources