EN

Millimiz Ukraynaya qarşı: Hesab açıldı - Canlı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Bakıda üz-üzə gələcək Azərbaycan və Ukrayna yığmalarının start heyətləri açıqlanıb.

Sitat.info xəbər verir ki, komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov, 15. Abdula Xaybulayev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə, 9. Renat Dadaşov

Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 22. Mikola Matvienko, 6. İvan Kalyujnı, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 14. Oleq Oçeretko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov

Baş məşqçi: Sergey Rebrov.

***

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.

51-ci dəqiqədə Georgiy Sudakov adını tabloya yazdırıb.

Chosen
18
3
sitat.info

2Sources