EN

Qlobal maraq çəkən Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistanın mövqeyi ön plandadır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Zəngəzur dəhlizi, çoxları onu bəzən Trampın yolu kimi adlandırır. “Trampın yolu” deyə hansı anlamla belə adlandırırlar, bilmirəm. Bura Trampın yolu deyil, bu yol Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi ilə bağlı hüquqi sənəd, “üçtərəfli” bəyannamə var. Bundan başqa hələ ki, hüquqi başqa bir sənəd yoxdur və orada da Zəngəzur dəhlizi ilə bağlı konkret Rusiya, Azərbaycan, Ermənistan dövlət başçıları arasında razılaşdırılmış və imza ilə təsdiq edilmiş razılaşma var. O ki qaldı hansısa ABŞ şirkəti nəzarət edəcək və yaxud icarəyə götürəcək məsələsinə bu o qədər də real görünmür. Burada prinsip cəhətdən Rusiya öz maraqlarından çəkilməyəcək. Bu səbəbdən də Zəngəzur dəhlizi ilə bağlı fikirlər Rusiya tərəfindən bu formada qəbul olunur. Mənə elə gəlir ki, ortaq bir məxrəcə gəlinəcək”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, bu gün ABŞ-Rusiya münasibətləri Bayden dövrünə nisbətən sabitdir və müsbət dinamika ilə inkişaf edir.

Şair Ramaldanov

“Burada İran faktoru da var. Rusiyanın İranla münasibətləri normaldır. Türkiyə faktorunu götürsək, Türkiyə-Rusiya arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir. Bunlar böyük ölkələrdir və hər birinin bu regionda öz maraqları var. Buna mane olmaq istəyən qüvvələrin gücü nəyisə dəyişməyə çatmayacaq. Bu prosesdə Çin, Hindistan, Pakistan faktorunu nəzərə almalıyıq. Bura Orta dəhliz kimi qəbul olunur və belə olduğu halda bu dəhlizlə bağlı artıq işlər gedir və qərara görə, 2028-ci ildə dəhlizin açılması ilə bağlı konkret proqnozlar var. Burada böyük dövlətlər maraqlıdır. Bu gün Yaxın Şərqdə gedən proseslər və Ukrayna-Rusiya fonunda olan müharibə və s. onu göstərir ki, logistika bu gün iqtisadiyyatın inkişafı üçün əsas arteriya faktoru oynayır”-deyə Şair Ramaldanov bildirib.

Şair Ramaldanov bildirib ki, Azərbaycanla Ermənistan Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini həmişə vurğulayıb və sadəcə dəhlizin keçdiyi ölkələrin - Azərbaycan və Ermənistanın maraqları nəzərə alınacaq.

Şair Ramaldanovun fikrincə, bu məsələlər qlobal məsələlər deyil və burada ortaq məxrəcə gəlmək mümkündür.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
bizimyol.info

1Sources