EN

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və "Kaspi Kids" birlikdə

Valideynlərin ən böyük arzusu övladlarının sağlam, təhlükəsiz və xoşbəxt böyüməsidir. İndi bu arzunun reallığa çevrilməsi daha da asan oldu.

APA xəbər verir ki, PAŞA Həyat və “Kaspi Kids” əməkdaşlığı çərçivəsində, yeni tədris ilindən etibarən Kaspi uşaq bağçalarında təhsil alan bütün uşaqlar 1 illik fərdi həyat sığortası ilə əhatə olunacaqlar.

Müqavilə qüvvədə olduğu müddətdə kritik xəstəlik (iflic, miokard infarktı, böyrək çatışmazlığı və s.) diaqnozu qoyularsa, valideyn və ya faydalanan şəxsə “PAŞA Həyat Sığorta” tərəfindən 15 000 AZN ödəniş ediləcək.

PAŞA Həyat və “Kaspi Kids” uşaqların sağlamlığının və hər bir valideynin yanındadır. Məhsulla bağlı daha ətraflı məlumat almaq üçün 012 942 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Uşaqların
Chosen
42
6
apa.az

7Sources