EN

Elnur Çodarov: Meydana qələbə üçün çıxmışdıq

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu ümumi olaraq yüksək qiymətləndirirəm. Çalışdıq ki, məşqdə etdiklərimizi həyata keçirək. Komanda sona qədər mübarizə apardı, döyüşdü. Meydana qələbə üçün çıxmışdıq. Ən azından 1 xal qazandıq.

- Ayxan Abbasovun yoxluğu komandada narahatlıq yaradırdı?

- Ayxan müəllimin yoxluğu yüz faiz özünü göstərir. Maksimum dərəcədə çalışdıq ki, bunu hiss etdirməyək.

- Baş məşqçi kimi çıxdığınız oyunda 1 xal qazandınız. Sizcə, necə nəticədir?

- Sırf öz adıma nəsə demək istəmirəm. Bu, bizim hamımızın xalıdır.

- Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?

- Bacardığımız qədər çox xal toplayacağıq. Əsas məqsədimiz odur ki, uşaqlar özlərinə inansınlar. Döyüşkən komanda yarada bilsək, inanıram yaxşı xallar yığacağıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
1
sportal.az

3Sources