EN

Türkiyə İsrailin HAMAS-ın siyasi liderlərinə hücumunu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qətərin paytaxtı Dohada HAMAS-ın danışıqlar qrupuna hücumunu pisləyən bəyanat yayıb.

Operativ Media xəbər verir ki, bəyanatda bildirilir:.

“Atəşkəs danışıqlarının getdiyi bir vaxtda HAMAS-ın danışıqlar qrupuna hücum İsrailin müharibəni davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Atəşkəs üçün vasitəçilik edən Qətər bölgədə İsrailin hücumuna məruz qalan ölkələr sırasına əlavə edilib. Qətərin suverenliyinə və təhlükəsizliyinə qarşı bu mənfur hücuma qarşıyıq" , - bəyanatda qeyd olunub.

Türkiyə XİN beynəlxalq ictimaiyyəti Fələstində və regionda davam edən təcavüzün dayandırılması üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, İsrail Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli liderlərini məhv etmək üçün bu gün Qətərin paytaxtı Dohaya zərbələr endirib.

Chosen
80
operativmedia.az

1Sources