EN

“Fənərbağça”nın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

BAKI, 9 sentyabr. TELEQRAF

Türkiyənin "Fənərbağça" komandasının yeni baş məşqçisi bəlli olub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Domeniko Tedesko ilə anlaşıb.

İtaliyalı mütəxəssis İstanbula təmsilçisi ilə 2027-ci ilin yayınadək müqavilə imzalayacaq.

Qeyd edək ki, Domeniko Tedeskonun son iş yeri Belçika millisi olub. O, daha əvvəl Almaniyanın “Şalke”, “Leypsiq”, Rusiyanın “Spartak” (Moskva) klublarını da çalışdırıb.

Chosen
40
4
teleqraf.com

6Sources