EN

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

BAKI, 9 sentyabr. TELEQRAF

Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201120018 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə,AZ0201120018 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 140,9 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 9,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.2674 (gəlirlilik 7,5202%) və kəsmə qiyməti 100.7901 (7.7000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 09 sentyabr 2028-ci ildir.

Chosen
18
8
teleqraf.com

10Sources