EN

Palata: Ötən il bəzi rayonlar üzrə dövlət dəstəyində uyğunsuzluqlar müşahidə olunub

BAKI, 9 sentyabr. TELEQRAF

2024-cü ildə 4 rayonda yerli gəlirlərin yerli xərclərdən artıq icra olunmasına baxmayaraq, həmin rayonlara mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılıb. Eyni zamanda, 2 rayona isə yerli gəlir və xərclər arasındakı fərqdən (kəsirdən) artıq dotasiya verilib.

Teleqraf Hesablama Palatasına istiandən xəbər verir ki, Zəngilan rayonunda yerli gəlirlərin faktiki yığılan hissəsi təsdiq edilən gəlirlərə nisbətən 1 015 min manat çox, yerli xərclər isə təsdiq edilən xərclərə nisbətən 651 min manat az icra olunub. Nəticədə, yerli gəlirlər yerli xərcləri 1 043 min manat üstələyib və dotasiyaya ehtiyac olmadığı halda, rayon 47 min manat dotasiya alıb.

Bundan əlavə, Yardımlı, Xocalı və Cəbrayıl rayonlarında yerli xərclərin yerli gəlirlərdən artıq proqnozlaşdırılmasına baxmayaraq, yerli gəlirlər üzrə proqnozun artıq yerinə yetirilməsi və xərclərin az icra olunması səbəbindən dotasiyaya ehtiyac olmamasına rəğmən, həmin rayonlara dotasiya verilib.

Kəlbəcər rayonunda gəlir və xərc arasındakı çatışmazlıq 234 min manat olmasına baxmayaraq, 869 min manat dotasiya ayrılıb ki, bu da lazım olan dotasiyadan 635 min manat çoxdur. Xocavənd rayonunda isə lazım olan dotasiyadan 73 min manat artıq vəsait ayrılıb.

Chosen
21
3
teleqraf.com

4Sources