EN

Kəlbəcərin ən uzunömürlü sakini – 113 yaşlı Xeyransa nənə köçə salınmadı

Tanınmış aparıcı Amil Xəlil verilişində Kəlbəcərin ən uzunömürlü sakini, 113 yaşlı Xeyransa nənə barədə danışıb. O bildirib ki, bu yaşlı qadın illər boyu Kəlbəcərə qayıtmaq arzusunda olub, lakin böyük köç prosesində onun adı siyahıya salınmayıb.

Yenisabah.az xəbər verir ki, aparıcı bu haqda deyib:

“Xeyransa nənə ilə dəfələrlə görüşüb və nənənin hər dəfə bir sözünü xatırlayıb: “Allahdan möhlət almışam ki, torpaqlarımı görüm, ondan sonra Allah canımı alsın” . pizza hut

Amil Xəlilin sözlərinə görə, nənə uzun illərin həsrətindən sonra Kəlbəcəri bir günlük də olsa görüb geri qayıdıb.

Onun fikrincə, belə bir şəxs ilk növbədə köçürülməli idi:

“Mən vətəndaş olaraq düşünürəm ki, birinci növbədə bu nənə köçürülməli idi. Onun oğlu, gəlini də. Kəlbəcərin ən uzunömürlü insanı olan, 113 yaşlı Xeyransa nənə niyə gözdən kənarda qaldı? Bu qadını uzunömürlü edən Bakı havası deyil, Kəlbəcərin suyu, havası və dualarıdır. Təəssüf ki, dualarını reallaşdıra bilmədi.”

Aparıcı əlavə edib ki, yaşlı qadının ən böyük arzularından biri torpaqlar azad edildikdən sonra Kəlbəcərdə dövlət rəsmilərini, qaziləri və məmurları evində qəbul etmək idi. Lakin arzu reallığa çevrilməyib:

“Biz 113 yaşlı bir nənənin reallaşacaq arzularını qursağında qoyduq. Mən inanıram ki, məsələ düzələcək, sadəcə rəhbərliyə düzgün məlumat çatdırılmayıb.”

Amil Xəlil sonda məsələni diqqətdə saxladığını bildirib və aidiyyəti qurumlara müraciət edib ki, Xeyransa nənənin haqqı tanınsın.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
86
yenisabah.az

1Sources