EN

Nepalın keçmiş baş nazirinin həyat yoldaşı ağır yanıq xəsarətləri alıb

Ajans.az xəbər verir ki,bu barədə yerli Khabarhub xəbər portalı məlumat yayıb. Yayılan məlumata görə, Chitrakarın vəziyyəti kritik olaraq qiymətləndirilir. Yaxınlarının sözlərinə əsasən, onun bədəninin bir neçə nahiyəsində ciddi yanıq izləri var və ağciyərlərinə də ciddi ziyan dəyib. Hadisə ölkədə sosial media platformalarının – YouTube, X (keçmiş Twitter), LinkedIn, Reddit, WhatsApp, Facebook və Instagram da daxil olmaqla – bloklanmasından sonra baş verən genişmiqyaslı etiraz aksiyaları fonunda baş verib. Katmanduda etirazçılar bir neçə hökumət binasını, o cümlədən Nepal parlamentinin binasını yandırıblar. Yanğınsöndürənlərin sözlərinə görə, binanın bütün hissəsi tüstü ilə əhatə olunub. Qeyd edək ki, sosial media platformalarına qoyulan qadağa və hökumətdəki korrupsiya iddiaları fonunda baş verən iğtişaşlar nəticəsində artıq ölüm halları və çoxsaylı yaralanmalar qeydə alınıb. Hadisələrlə bağlı istintaq davam edir.

 

Chosen
37
Ajans.az

1Sources