EN

Pestisid və gübrə idxalçıları üçün seminar keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakıda “Bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr, o cümlədən davamlı üzvi çirkləndiricilərin beynəlxalq ticarəti” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə AQTA-nın nümayəndələri, pestisid və aqrokimyəvi maddə idxalçıları iştirak ediblər.

Seminarda “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat verilib. Layihədəki yeniliklərin idxal proseslərinə tətbiqi, beynəlxalq ticarətdə mövcud tənzimləmələr və bu sahədə şəffaflığın artırılmasına dair izahlar edilib.

Sonda müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
2
azertag.az

3Sources