EN

Orta Dəhliz boyunca rəqəmsal və fiziki əlaqələrin yaxşılaşdırılması üçün çoxlu imkanlar mövcuddur - Ceff Erlix

Bakı. Trend:

Orta Dəhliz boyunca rəqəmsal və fiziki əlaqələrinyaxşılaşdırılması üçün çoxlu imkanlar mövcuddur.

Trend xəbər verirki, bunu Amerika Ticarət Palatasının Qazaxıstandakı icraçıdirektoru Ceff Erlix Amerika biznes nümayəndə heyətinin Bakısəfərinin yekunlarına dair keçirilmiş brifinqdə bildirib.

“Biz Qazaxıstandakı Kurık limanından bərələrlə Azərbaycanın Ələtlimanına keçdik. Mənim təsəvvürümdə Ələt Kurıkdan on il irəlidədir.Ələt miqyas baxımından xeyli böyükdür və infrastruktur baxımındandaha inkişaf edib. Buna görə də Qazaxıstan limanlarının şübhəsizki, investisiyaya ehtiyacı var və onlar özləri də bunu başadüşürlər. Onlara qəbul edilən terminalların və gəmilərin sayınınartırılması lazımdır. Həmçinin, Xəzər dənizində su səviyyəsininenməsi ilə mübarizə aparmaq üçün onların dibdərinləşdirmə işləriaparması vacibdir.

Biz gömrük orqanları ilə görüş keçirdik və onlar bir neçəölkədən tranzit zamanı yüklərin “vahid pəncərə” prinsipi ilə keçəbilməsi üçün gömrük prosedurlarının sadələşdirilməsi vəunifikasiyası üzərində işləyirlər. Deməli, burada rəqəmsal vəfiziki əlaqələrin yaxşılaşdırılması üçün çoxlu imkanlarmövcuddur.

Mən deyərdim ki, bu, həmçinin Qazaxıstanda əlavə dəyər zəncirihəlqələrinin yaradılması üçün imkanlar açır. Biznes nümayəndəheyətində iştirak edən şirkətlərdən biri Aktau limanınınyaxınlığında neft emalı zavodunun tikintisi imkanını nəzərdənkeçirir. Bu, təbii ki, neftin daha bahalı neft məhsullarına emalolunmasına imkan verəcək və bu, böyük ölçüdə məhz Trans-Xəzərmarşrutundan asılıdır”, - deyə o bildirib.

Məqalədə:
Chosen
51
az.trend.az

1Sources