EN

Vergidən yayınan "Xızı" restoranında nələr baş verir? - FOTO

Xırdalan şəhərində ABB -nin arxasında yerləşən "Xızı" restoranında müştərilərdən alınan hesab kartdan, karta köçürülməsi tələbi həyata keçirilir.

Paytaxt.org bildirir ki, bu barədə adıçəkilən restoranda müştəri qismində monitorinqdə olan  Niyaməddin bəy saytı məlumatlandırıb.

O bildirib ki, "bir neçə vaxtdır ki, Abşeron rayonunda kafe və restoranlarda vergidən yayınma hallarının olması ilə bağlı işlədiyi media agentliyinə çoxsaylı şikayətlər daxil olub. Bizdə bu vergidən yayınan obyektlərdə monitorinqlər keçirməyi qərara vermişik. Bu səbəbdən də Abşeron rayonunda kafe və  restoranda eləcə də digər satış yerlərində monitorinqlər aparılıb. Və, müştəri qismində  həmin məkanlarda iştirakçı olmuşuq və sonda isə  məkan sahibinin təkidi ilə hesabı katdan karta köçürmə əməliyyatı həyata keçirilib..." 

Qeyd edək ki, prezidentin müvafiq sərəncamından irəli gələn qanuna əsasən, kartdan, karta aparılan əməliyyatlar qanunsuz olduğu üçün yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır.

İnanırıq ki, İqtisadi İnkişaf Nazirliyi yanında 2 saylı Ərazi Vergi xidməti "Xızı" restoranında baş verən bu qanunzuzluğa laqeyid qalmayacaq və dərhal "Xızı" restoranı ilə bağlı qanuni ölçü götürəcək.

Bildirək ki Niyaməddin bəyin araşdırması nəticəsində oda məlum oldu ki, "Xızı" restoranında çalışanların bir çoxu əmək müqaviləsi olmadan çalışır və məkan açıq şəkildə vergidən yayınır eləcə müştərilərdən alınan hesabları  kartdan, karta köçürmələr edərək qanunu açıq şəkildə pozmaqdadırlar.

Qeyd edək ki,  "Xızı" restoranını işlədən şəxs  baş verən qanunsuzluqla və törətdiyi əmələ belə haqq qazanfırıb "burda hər kəs kimi biz də bu cür işləyirik, her kvartal da aylıq olaraq pulumuzu veririk" deyib.

Mövzu diqqətimizdədir.


Chosen
76
paytaxt.org

1Sources